Azərbaycanın Türkmənistandakı səfiri Balkan vilayətinə səfər etmişdir
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov 13-14 may 2024-cü ildə Türkmənistanın Balkan vilayətinə səfər etmişdir.
Səfər çərçivəsində Q.Gözəlov Balkan Vilayətinin Hakimi, Türkmənbaşı Şəhərinin hakimi, Türkmən Dənizdəryayolları Agentliyinin sədri, Türkmənbaşı Beynəlxalq Dəniz Limanın rəhbəri və “Balkan” gəmiqayırma zavodunun direktoru ilə görüşmüş, limana və gəmiqayırma zavoduna baş çəkmişdir.
Görüşlərdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlər barədə müzakirələr aparılmışdır. Görüşlərdə Türkmənbaşı limanının iki ölkə arasındakı dəniz nəqliyyatında oynadığı rol ilə yanaşı, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafındakı əhəmiyyəti də qeyd ediilmişdir.
Həmçinin, səfər zamanı Q.Gözəlov Balkan vilayətində yaşayan Azərbaycan vətəndaşları və soydaşlarımız ilə görüşmüşdür. Görüşdə səfir Azərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşlarımıza verdiyi əhəmiyyət və qayğı barədə danışmış, həmvətənlərimizin təklif və ricalarını dinləmiş, qarşılıqlı fikir mübadiləsi aparmışdır.