2024-cü ildə Bakı şəhərində keçirilməsi planlaşdırılan Formula 1 yarışı ilə əlaqədar viza proseduru

2024 Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vetendaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 Visa verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

 1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Bəynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan kəçməni təsdiq edən digər sənəd;

 2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

 3. 2024 Formula 1 yarışına bilet, o cümləndən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Arxiv üzrə axtarış