Səfir
Həsən Sultan oğlu Zeynalov
01.01.1951 Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində doğulub
1967-1977 – Azərbaycan Neft və Kimya İnstitutu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
1976-1977 – Hərbi xidmət
1970-1983 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu, texnik, mühəndis, baş mühəndis
1983-1986 – Bakı şəhər Səbail rayonu İcraiyyə Komitəsinin Kommunal-Təsərrüfat İdarəsinin rəisi
1986-1992 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu, baş mühəndis
1992-2004 – Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi
2004-2010 – Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu
2010-2015 – Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi
2015-indi – Azərbaycan Respublikasının Türkmənistanda, eyni zamanda Əfqanıstan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri
Evlidir, üç övladı və beş nəvəsi var.