2024-05-10

TÜRKMƏNİSTANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101 İLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində tədbir keçirilib.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və qonaqlar ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.

Tədbiri səfiri Qismət Gözəlov açmış, ümummilli liderin həyatı və fəaliyyəti haqqında nitq söyləmişdir. Səfir Azərbaycanın müasir dövlətçiliyinin qurulmasında, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında və tanınmasında, iqtisadiyyatın dirçəldilməsində ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu haqqında qonaqlara geniş məlumat verib.

Tədbirdə eyni zamanda, Türkiyənin Türkmənistandakı səfiri Ahmet Demirokti söyləyib və türkiyəli iş adamı Sefa Gömdeniz ulu öndər haqqında öz xatirələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə həmçinin, Türkmənistanda yaşayan azərbaycanlılar, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

 

 

Arxiv üzrə axtarış