2024-05-04

Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub

Mayın 4-də Aşqabad Beynəlxalq Məktəbində “Beynəlxalq Mətbəx Festival”ı keçirilib.

Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəmizi festivalda təmsil edib.

Bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Festivalda Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib.

Həmçinin, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti və turizm potensialı ilə bağlı kitab, broşürlər nümayiş etdirilib və paylanılıb. Tədbirdə Azərbaycanın azerbaijan.travel turizm saytı ilə bağlı bannerlər nümayiş olunub.

Milli mətbəximizinin nümunələri, ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

 

 

 

 

Arxiv üzrə axtarış