Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən iftar mərasimi təşkil edilmişdir
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabadın “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilmişdir.
Tədbirdə çıxış edən səfir Qismət Gözəlov qonaqları salamlamış və Ramazan ayının gəlməsi münasibətilə iştirakçıları təbrik etmişdir.
İftar mərasimində Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev, Türkmənistan Xarici İşlər Nazirliyinin əməkdaşları, Türkmənistanda akkreditə olunmuş müsəlman ölkələrin səfirləri, eləcə də Türkiyənin Türkmənistandakı dini məsələlər üzrə müşaviri və onların ailə üzvləri iştirak etmişdir.
Mərasimdə milli mətbəximizin yemək və şirniyyatları təqdim olunmuşdur.