2024-02-07

Türkmənistandakı Azərbaycan Respublikası vətəndaşları Səfirlikdə səsvermə hüquqlarını həyata keçirmişlər

7 fevral 2023-cü ildə Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Səfirlikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirmişlər.

Türkmənistanın Ahal (Aşqabad) vilayəti ilə yanaşı, digər vilayətlərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları da səsvermədə fəal iştirak etmişdir.
Seçkilərdə seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək iştirak etdiyi məlum olmuşdur.

Seçicilər Türkmənistandakı Səfirliyimizdə ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirmiş və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırmışlar.

 

 

Arxiv üzrə axtarış