Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ!
7 Fevral 2024-cü il növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür.
Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində yaradılmış seçki məntəqəsində, saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə bilərlər!
Səsvermə zamanı vətəndaşlar AR-nın etibarlı ümumvətəndaş pasportunu və ya AR-nın etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər!
Ünvan: Azərbaycan Respublikasının Tütkmənistandakı Səfirliyinin inzibati binası (Aşqabad şəhəri, Qıpçaq küçəsi 41)