2023-12-12

AZƏRBAYCAN SƏFİRLİYİ AŞQABADDA KEÇİRİLƏN SƏRGİDƏ İŞTİRAK EDİB

Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunda ölkənin neytrallıq statusunun il dönümünə həsr olunmuş “Dialoq sülhün qarantıdır” Beynəlxalq Forum çərçivəsində sərgi keçirilib. Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəmizi sərgidə təmsil edib.

Sərgidə Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış guşədə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı bannerlər, kitab və broşürlər nümayiş etdirilib və paylanılıb. Azərbaycanın azerbaijan.travel turizm saytının təqdimatı olub.

Həmçinin sərgidə Azərbaycanla bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri, Azərbaycanın görməli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif suvenirlər və milli geyimlər nümayiş olunub.

Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini - xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri ilə birlikdə Azərbaycan stendi ilə də tanış olub. Azərbaycan stendi sərgiyə gələn qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Arxiv üzrə axtarış