2023-12-03

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

3 dekabr 2023-cü ildə Aşqabad Beynəlxalq Məktəbində “Qış Milli Mətbəx Xeyriyyə Festival” keçirilmişdir.

Hər il olduğu kimi bu il də ölkəmiz festivalda təmsil edilmiş, Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilmişdir.

Festivalda Səfirliyimiz üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunmuşdur. Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilmiş, onlar bu təamları dadmağa dəvət edilmişlər.

Milli mətbəximizin nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Arxiv üzrə axtarış