2023-10-02

Azərbaycan Respublikasının Türkmənistandakı yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov etimadnaməsinin surətini Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Merodova təqdim edib

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Merodov Azərbaycan Respublikasının Türkmənistandakı yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.

Səfir öncə etimadnaməsinin surətini nazirə təqdim edib.

Nazir Rəşid Meredov səfir Qismət Gözəlova Türkmənistana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Türkmənistanla Azərbaycan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin və strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq aparılan dialoqun əhəmiyyətini qeyd edib.

Səfir Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ən səmimi salamlarını çatdıraraq, iki ölkə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını vurğulayıb.

Xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və kökə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat, energetika kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı etdiyini bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Görüşdə həmçinin iki qardaş ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Nazir Rəşid Meredov Səfir Qismət Gözəlova Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

 

 

 

Arxiv üzrə axtarış