2019-10-10

Azərbaycan Respublikasının Prezidenti Türkmənistana işgüzar səfərə gəlib

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

Aşqabad Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşıladılar.

 

Arxiv üzrə axtarış