2025-03-07

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən iftar mərasimi təşkil edilmişdir

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilmişdir.

Tədbirdə çıxış edən səfir Qismət Gözəlov qonaqları salamlamış, Ramazan ayının gəlişi münasibətilə iştirakçıları təbrik etmiş və bu müqəddəs ayın islam dünyasında həmrəyliyin, xeyirxahlığın və mərhəmətin təcəssümü olduğunu vurğulamışdır.

İftar mərasimində Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev, eləcə də ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və onların ailə üzvləri iştirak etmişdir.

İftar süfrəsində Azərbaycan milli mətbəxinin ənənəvi yemək və şirniyyatları təqdim olunmuşdur.

   

Arxiv üzrə axtarış