2018-11-21

Azərbaycan Respublikasının Prezidenti Türkmənistana rəsmi səfərə gəlmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib.

Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov və digər yüksək vəzifəli şəxslər qarşıladılar.

 

Arxiv üzrə axtarış