İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycan Respublikası ilə Türkmənistan arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunmuşdur. 18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 8 iyun 1999-cu ildə Türkmənistanın Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.
11 mart 2017-ci ildə Türkmənistan Prezidentinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
İki ölkə çoxtərəfli formatda da əməkdaşlıq edir. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edilir. Bu formatda artıq dörd görüş keçirilmişdir.
28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 11 oktyabr 2019-cu il, 28 noyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Türkmənistana səfərləri baş tutmuşdur.
19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25-26 oktyabr 2019-cu il, 11 mart 2020-ci il tarixlərində Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.
21 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Türkmənistana səfəri baş tutmuşdur.
18 oktyabr 2018-ci ildə Türkmənistanın xarici işlər naziri cənab Rəşid Meredovun Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan, Türkmənistanın Məclisində Türkmənistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. 17 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədovun Türkmənistana, 4 noyabr 2019-cu il tarixində Türkmənistan Məclisinin sədri xanım Gülşat Məmmədovanın Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Türkmənistan arasında 108 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. 2008-ci ildən etibarən iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.
2017-ci ildə Azərbaycan, Türkmənistan, Əfqanıstan, Gürcüstan və Türkiyə arasında Nəqliyyat və tranzit üzrə əməkdaşlıq Sazişi (Lapis Lazuli Marşrutu Sazişi) imzalanmışdır.
Həmçinin, 2019-cu ildə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya xarici işlər nazirləri arasında “Qara dəniz-Xəzər dənizi” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə ilk xüsusi görüşü baş tutmuş və bəyannamə qəbul edilmişdir.