AZƏRBAYCAN - TÜRKMƏNİSTAN MÜNASİBƏTLƏRİ

Diplomatik münasibətlərin qurulması:

Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunmuşdur.

 

Səfirliklərin fəaliyyəti:

18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 8 iyun 1999-cu ildə isə Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2023-cü il tarixli Sərəncamı ilə Qismət Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur,  etimadnaməsini 4 oktyabr 2023-cü ildə Türkmənistan Prezidentinə təqdim etmişdir.

Türkmənistan Prezidentinin 7 iyul 2022-ci il tarixli Sərəncamı ilə Qurbanməmmet Elyasov Türkmənistanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, etimadnaməsini 16 avqust 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.

 

Siyasi əlaqələr:

11 mart 2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır.

 

Ali və yüksək səviyyəli səfərlər-görüşlər:

 

Azərbaycan Respublikası Prezidentlərin Türkmənistana səfərləri

 

Türkmənistan Prezidentlərinin Azərbaycan Respublikasına səfərləri

 

Azərbaycan Respublikasının Baş nazirlərinin Türkmənistana səfərləri

Azərbaycan Respublikasının Parlament Sədrlərinin Türkmənistana səfərləri

 

Türkmənistanın Parlament Sədrlərinin Azərbaycan Respublikasına səfərləri

 

Azərbaycan Respublikası xarici işlər nazirlərinin Türkmənistana səfərləri

 

Türkmənistanın xarici işlər nazirlərinin Azərbaycan Respublikasına səfərləri

Ali səviyyədə görüşlər

Parlamentlərarası əlaqələr:

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan, Türkmənistanın Məclisində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.

İşçi qrupunun Azərbaycan tərəfindən rəhbəri: Fəzail Ağamalı

İşçi qrupunun Türkmənistan tərəfindən rəhbəri: Annamuhammet Sarcayev

7 dekabr 2022-ci ildə Azərbaycan və Türkmənistan Parlamenləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

 

Azərbaycan Respublikası və Türkmənistan siyasi-diplomatik sahələr ilə yanaşı, iqtisadi, nəqliyyat-logistika, energetika və mədəni-humanitar sahələrdə də müvəffəqiyyətlə əməkdaşlıq edirlər.

 

İqtisadi əlaqələr - Hökumətlərarası Komissiya:

2008-ci ildən etibarən Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan tərəfdən həmsədri isə Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət kompleksi, tekstil sənayesi və sahibkarlıq sahəsi üzrə müavini Batır Atdayevdir. Komissiyanın bu vaxta qədər 7 iclası keçirilmişdir.

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 73% artaraq, 738 milyon 966 min ABŞ dolları təşkil etmşdir.

 

Müqavilə-hüquq bazası:

Azərbaycan Respublikası və Türkmənistan arasında 108 sənəd imzalanmışdır.

 

Çoxtərəfli əməkdaşlıq:

İki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində faydalı əməkdaşlıq mövcuddur.

Azərbaycan Respublikası və Türkmənistan üçtərəfli formatda da əməkdaşlıq edir. 14 dekabr 2023-cü ildə Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib.

Eyni zamanda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər, iqtisadiyyat və energetika nazirləri səviyyəsində də üçtərəfli formatda əməkdaşlıq edilir.

Arxiv üzrə axtarış