news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 may 2026

Azərbaycan şirkətləri “Agro Pack Turkmenistan-2026” beynəlxalq sərgisində iştirak ediblər

Aşqabadda Ticarət və Sənaye Palatasının sərgi mərkəzində “Agro Pack Turkmenistan-2026” adlı beynəlxalq sərginin açılışı olub. Mayın 15-dək davam edəcək sərgidə Türkmənistan şirkətlərilə yanaşı, müxtəlif ölkələrin, o cümlədən Azərbaycan, Türkiyə, Özbəkistan, Çin, ABŞ və Belarusun kənd təsərrüfatı, qida sənayesi, qablaşdırma və agro-sənaye sahələrində fəaliyyət göstərən şirkətləri öz məhsullarını təqdim ediblər.

 

Forumun əsas məqsədi Türkmənistanda istehsal olunan məhsulların təqdim edilməsi ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, qablaşdırma və agro-sənaye sahələrində ixtisaslaşmış yerli və xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulması, habelə gələcək əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi olub. 

 

Sərgidə ölkəmizin “Gozel Seed” və “Rusaroma” şirkətləri “Made in Azerbaijan” brendi adı altında istehsal etdikləri məhsulları təqdim edən stendlərilə iştirak ediblər.

 

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevin başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov və digər təmsilçilər “Gozel Seed” və “Rusaroma” şirkətlərinin stendlərini ziyarət ediblər.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti