news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 oktyabr 2025

Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycana səfər edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfər edib.

 

Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti