news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 aprel 2026

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda tədbirlərdə iştirak edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistan Dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Maksat Babayevin dəvəti ilə 16–17 aprel 2026-cı il tarixlərində Türkmənistana səfər edib.

Səfər çərçivəsində 16 aprel 2026-cı il tarixində Azərbaycan nümayəndə heyəti Aşqabad şəhərində keçirilən “Türkmənistan – Çin Xalq Respublikası: qaz sahəsində strateji tərəfdaşlığın 20 ili” mövzusunda elmi-praktiki konfransda iştirak edib. Tədbir zamanı qaz sektorunun inkişaf perspektivləri, enerji təhlükəsizliyi və dayanıqlı enerji sahəsində əməkdaşlıq imkanları üzrə geniş fikir mübadiləsi aparılıb.

Səfərin növbəti günü, 17 aprel 2026-cı il tarixində R.Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanın Marı vilayətinin Yolöten bölgəsində yerləşən “Qalkınış” qaz yatağının dördüncü mərhələsinin işlənməsinə başlanılmasına həsr olunmuş mərasimdə iştirak edib.

Tədbirlərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov da iştirak edib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti