news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 aprel 2026

Səfir Qismət Gözəlov Türkmənistan Xarici İşlər Nazirliyində keçirilən brifinqdə çıxış edib

28 aprel 2026-cı ildə Türkmənistan Xarici İşlər Nazirliyində ölkənin xarici siyasəti ilə bağlı brifinq keçirilib.

 

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Merdovun sədrliyi ilə keçirilən brifinqdə Türkmənistanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, əməkdaşları və media təmsilçiləri iştirak edib.

 

Tədbirdə R.Meredov Türkmənistanın 2022–2028-ci illər üzrə ölkənin Xarici Siyasət Konsepsiyasına uyğun olaraq, həyata keçirilən beynəlxalq fəaliyyətin əsas istiqamətləri haqqında məlumat verib.

 

Brifinqdə bir sıra xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri də çıxış edib.

 

Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Türkmənistanın xarici siyasət prioritetlərini qeyd edərək, xüsusilə daimi tərəfsizlik kursunun önəmini vurğulayıb. Səfir, həmçinin Türkmənistanın beynəlxalq arenada konstruktiv rolunu və ölkənin 2026-cı ilin əvvəlindən həyata keçirdiyi xarici səfərlər və görüşlərlə aktivlik müşahidə edildiyini qeyd edib.

 

Eyni zamanda, Q.Gözəlov çıxışında Türkmənistan-Azərbaycan münasibətlərinə xüsusi diqqət çəkib. İki ölkə arasındakı sıx əməkdaşlığın, qardaşlıq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq əsasında möhkəmləndiyini, həmçinin ölkə rəhbərlərinin siyasi iradəsi ilə bu əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti