news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 sentyabr 2025

Səfir Qismət Gözəlov “Beynəlxalq əməkdaşlıq: Sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsinin qarantı” adlı konfransda çıxış edib

30 sentyabr 2025-ci ildə Aşqabadda Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun BMT Baş Assambleyasının 80-ci sessiyasında irəli sürdüyü təkliflərə həsr olunmuş “Beynəlxalq əməkdaşlıq: Sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsinin qarantı” adlı konfrans keçirilmişdir.

 

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə baş tutan konfransa ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, müəllimlər, tələbələr və ictimaiyyət təmsilçiləri qatılmışdır.

 

Konfransda dost və qonşu ölkələrin səfirləri, o cümlədən səfir Qismət Gözəlov çıxış etmişdir. Səfir çıxışında vurğulamışdır ki, Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. İki ölkə arasında keçirilən ali və yüksək səviyyəli görüşlər, təmaslar və qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrin möhkəmlənməsinə və yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfə verir. Səfir həmçinin bildirmişdir ki, Azərbaycan Türkmənistanın daimi tərəfsizlik siyasətinə hörmətlə yanaşır, Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında qəbul olunmuş 20-dən artıq qətnamənin müəllifliyini dəstəkləmişdir. BMT Baş Assambleyasının 80-ci sessiyasında Türkmənistan Prezidenti tərəfindən irəli sürülən təşəbbüslərə toxunan səfir bildirmişdir ki, bu təşəbbüslər qlobal və regional əməkdaşlığın möhkəmləndirilməsinə və sülh, davamlı inkişaf prinsiplərinin təşviqinə mühüm töhfə verəcəkdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti