news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 aprel 2026

Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb. 

 

Görüş çərçivəsində hər iki ölkədə son zamanlar təhsil sahəsində aparılan islahatlar haqqında fikir mübadiləsi aparılıb, nəticələr, problemlər, onların həlli yolları ilə bağlı təkliflər, eləcə də təhsil sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.

 

Görüşdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov da iştirak edib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti