Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfərə gəlib.
Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov, Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov və digər rəsmi şəxslər qarşıladılar.