news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2026

Azərbaycanın Türkmənistandakı Səfirliyi iftar mərasimi keçirib

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

 

Tədbirdə səfir Qismət Gözəlov qonaqları salamlayıb, Ramazan ayının başlanması münasibətilə iştirakçıları təbrik edib. Səfir çıxışında bu mübarək ayın İslam aləmində mənəvi saflaşmanın, həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm simvolu olduğunu qeyd edib. Ramazanın insanlar arasında dostluq və anlayışın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Eyni zamanda, hər iki ölkədə dini dəyərlərə xüsusi ehtiramın göstərilməsinin və bu xüsusda, belə tədbirlərin keçirilməsinin mədəni və mənəvi dəyərlərin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

 

İftar mərasimində Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev, həmçinin ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

 

Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin zəngin ənənələrini əks etdirən müxtəlif yeməklər və şirniyyatlar təqdim olunub.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti