news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 sentyabr 2025

Aşqabadda Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilib

15-17 sentyabr 2025-ci il tarixlərində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 11-ci iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri - S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri - K. Qarib Abadi), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri - N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib. 

 

İclasın açılış hissəsində Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov iştirak etmişdir.

 

Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanov İclasa sədrlik edib. 

 

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasının müzakirəsini davam etdiriblər. İclas zamanı Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

 

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.

 

YSİQ-in növbəti iclası Azərbaycan Respublikasında diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti