news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 mart 2026

“ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib

Azərbaycan Respublikasına səfər etmək istəyən Türkmənistan vətəndaşları üçün “ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib.
 

Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyə verilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistan vətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən həyata keçirilib.

Hazırda Türkmənistan vətəndaşları “ASAN Viza” portalına 
https://www.evisa.gov.az/tk/ linki vasitəsilə daxil olaraq elektron viza müraciətlərini digər dillərlə yanaşı, türkmən dilində də edə bilərlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti