news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 avqust 2026

Azərbaycan və Türkmənistan gömrük sahəsində rəqəmsallaşma və məlumat mübadiləsini müzakirə ediblər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Türkmənistan Dövlət Gömrük Xidməti arasında preferensial rejimlərin tətbiqi və yüklər barədə qabaqcadan elektron məlumat mübadiləsinə həsr olunmuş onlayn işgüzar görüş keçirilib.

 

Görüş zamanı tərəflər imzalanmış ikitərəfli razılaşmaların və Əməkdaşlıq Protokolunun icrası istiqamətində görülən işləri, gömrük sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsi prosedurlarının sürətləndirilməsi və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələlərini müzakirə ediblər.

 

Müzakirələrdə Türkmənbaşı və Ələt limanlarını birləşdirən Xəzər nəqliyyat marşrutunun tranzit-logistika potensialının daha səmərəli reallaşdırılması baxımından qabaqcadan elektron məlumat mübadiləsi mexanizmlərinin tətbiqinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, rəqəmsal həllərin tətbiqi gömrük orqanlarına yüklər sərhədə çatmamış risk təhlili aparmağa imkan verir. Bu isə yüklərin ölkə ərazisinə daxil olduqdan sonra gömrük rəsmiləşdirilməsi müddətinin əhəmiyyətli dərəcədə qısalmasına və sərhədkeçmə prosesinin daha səmərəli təşkilinə şərait yaradır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti