news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 iyun 2026

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti artıq Türkmənistanın paytaxtı Aşqabad şəhərinə çatıb.

 

Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək mədəniyyət və incəsənət xadimləri, yaradıcı kollektivlər və sənət adamları Aşqabad Beynəlxalq Hava Limanında səmimi və qonaqpərvərliklə qarşılanıblar.

 

Hazırda konsert proqramları, sərgilər və digər tədbirlərlə bağlı son hazırlıq işləri aparılır. Qarşıdakı günlərdə Azərbaycan musiqisi, milli rəqsləri, xalçaçılıq, kəlağayı və digər sənət nümunələri qardaş Türkmənistan ictimaiyyətinə təqdim olunacaq.

 

Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən Mədəniyyət Günlərinin zəngin və yaddaqalan proqramla yadda qalacağı gözlənilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti