2019-08-12
Azərbaycan Respublikasının Baş Naziri Xəzəryanı dövlətlərin hökumət başçıları ilə birlikdə “Xəzər innovasiya texnologiyaları” sərgisi ilə tanış olub

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilən Birinci Xəzər İqtisadi Forumu çərçivəsində “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub.

Sərgidə Azərbaycan stendində İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Virtual cərrahiyyə” startapı təqdim olunub.

Azərbaycanın Baş Naziri Novruz Məmmədovla yanaşı, Türkmənistanın Prezidenti Qurbanqulu Berdimuhammedov, Rusiya Hökumətinin Sədri Dmitri Medvedev, Qazaxıstanın Baş Naziri Askar Mamin və forumun digər yüksək səviyyəli iştirakçıları Azərbaycan stendi ilə tanış olublar.

Sərgidə region ölkələrinin və onların tərəfdaşlarının elmi-texniki potensialı əyani şəkildə təqdim olunub. Sərgidən sonra foruma gələn qonaqların şərəfinə rəsmi ziyafət təşkil edilib.

 

növbəti xəbər əvvəlki xəbər