2017-11-15
Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlığın (RECCA) 7-ci konfransında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir

14-15 noyabr tarixində Aşqabadda Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlığın (RECCA) 7-ci konfransı keçirilmiş, tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. M.Məmməd-Quliyev çıxışında Azərbaycanın Əfqanıstanda sabitliyin əldə olunması, bu ölkənin yenidən qurulması və inkişafına dəstək məsələlərinə sadiq qaldığını bildirmişdir. Bu məqsədlə ölkəmizin öz tranzit, logistika və kommunikasiya imkanlarını təklif etməyə, qabaqcıl təcrübələri bölüşməyə hazır olduğunu nəzərə çatdırmışdır. Tədbir çərçivəsində, yuxarıda qeyd olunduğu kimi, Əfqanıstan tərəfi üçün xüsusi əhəmiyyət kəsb edən və Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat və ticarət dəhlizinin işə düşməsini nəzərdə tutan “Lapis Lazuli” sazişi imzalanmışdır.

növbəti xəbər əvvəlki xəbər