2017-09-17
Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən Qapalı Məkanlarda və Döyüş sənəti üzrə V Asiya Oyunlarının açılış mərasimində iştirak etmişdir

17-27 sentyabr tarixlərində Aşqabadda keçiriləcək Qapalı Məkanlarda və Döyüş sənəti üzrə V Asiya Oyunlarının açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, deputatlar Ağacan Əbiyev, Adil Əliyev və digər rəsmi şəxslər iştirak etmişdirlər.

Səfər çərçivəsində həmçinin, Türkmənistan Məclisinin binasında məclisin sədri və deputatları ilə görüş keçirilmişdir. Görüş zamanı iki qardaş xalq arasında mövcud olan çoxəsrlik mehriban qonşuluq ənənəsinin, ortaq tarix və mənəvi dəyərlərin, eləcə də dinamik inkişaf edən əlaqələrin iki ölkə parlamentlərinin qarşılıqlı faydalı əməkdaşlığının aktivləşdirməsinə yaxşı imkan yaratdığına dair ortaq fikir səsləndirildi. Həmçinin, bir ay əvvəl Azərbaycana rəsmi səfəri çərçivəsində MM-in sədri ilə keçirdiyi görüşü zamanı, Türkmənistan Prezidentinin tam miqyaslı dövlətlərarası dialoqun inkişafı prosesində və ona keyfiyyətcə yeni məzmun qatılmasında iki ölkə parlamenti üzv­lərinin vacib roluna dair fikirlərinin əhəmiyyətinə diqqət çəkilmişdir. Sonda görüş iştirakçıları parlamentlərarası əlaqələrin əsas istiqamətləri və perspektivlərini müzakirə etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər