2017-08-08
Türkmənistan Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin sədri ilə görüşmüşdür

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşmüşdür. Qonağı Azərbaycan Respublikasının Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirən Oqtay Əsədov dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edən Milli Məclisin sədri Türkmənistan Prezidentin bu səfərinin Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcəyini əminliyini ifadə etmişdir. Bildirilmişdir ki, iki ölkə arasında indiyədək 45 sənəd imzalanmışdır, bu səfər çərçivəsində isə daha 14 sənəd imzalandı və bununla da mövcud hüquqi baza daha da möhkəmləndirilmişdir. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin prezidentlərinin siyasi dialoqlarının əhəmiyyətini vurğulayan Oqtay Əsədov ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın olduğunu söyləmişdir.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Türkmənistan Prezidenti Bakıda keçirdiyi görüşlərin, aparılan müzakirələrin və imzalanan sənədlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Ali qonaq Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirmişdir. Dövlət başçısı ölkələrimizin beynəlxalq səviyyədə birgə fəaliyyətindən, qarşılıqlı etimad və dəstəkdən razılığını bildirmişdir. Türkmənistan Prezidenti vurğulamışdır ki, ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr həm region, həm də dünya üçün xüsusi önəm daşıyır. Dövlət başçısı xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdir­diyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğunu qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər