Səfir

Həsən Sultan oğlu Zeynalov 

01.01.1951 Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində doğulub

1967-1977 – Azərbaycan Neft və Kimya İnstitutu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutu

1976-1977 – Hərbi xidmət

1970-1983 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu, texnik, mühəndis, baş mühəndis

1983-1986 – Bakı şəhər Səbail rayonu İcraiyyə Komitəsinin Kommunal-Təsərrüfat İdarəsinin rəisi

1986-1992 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu, baş mühəndis

1992-2004 – Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi

2004-2010 – Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu

2010-2015 – Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi

2015-indi    – Azərbaycan Respublikasının Türkmənistanda, eyni zamanda Əfqanıstan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri

Evlidir, üç övladı və beş nəvəsi var.